Ermənistanda terror aktlarının qarşısı alındı

Ermənistanda terror aktlarının qarşısı alındı
  21 Aprel 2018    Oxunub:2162
Ermənistanın Milli Təhlükəsizlik Xidməti paytaxt İrəvanda terror aktlarının qarşısını alıb.

AzVision.az new.am-a istinadən xəbər verir ki, İrəvanda ictimai yerlərdə terror aktı törətmək istəyən iki nəfər tutulub.
Saxlanılan şəxslər insanlar arasında təşviş yaratmaq və hakimiyyətə təzyiq göstərmək məqsədilə "Azadlıq meydanı", ticarət və əyləncə yerləri, nəqliyyat vasitələri, yaşayış binalarının yaxınlığı və körpülərdə partlayış törətməyi planlaşdırıblar.

Adları açıqlanmayan cinayətkarların həbsdə olan müxalifətçi Jirayr Sefilyanın dəstəsi ilə əlaqəli olduğu iddia edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti