Hava sabitləşəcək
Oktyabrın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər zəif şimal-şərq küləyinin sürəti 5-10 m/s, gündüz mülayim cənub-şərq küləyinin sürəti 9-14 m/s, axşam 7-12 m/s təşkil edəcək. Havanın temperaturunun səhər 12-15, gündüz 15-19, axşam 12-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 09-da səhər hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı gözlənilir. Gündüz və axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keşəcəyi ehtimal olunur. Şərq küləyinin sürəti səhər 3-8 m/s, gündüz və axşam 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun səhər 12-16, gündüz 16-20, axşam 13-15 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 08-i gündüzdən başlayaraq Abşeron yarımadasında hava şəraitinin tədricən sabitləşəcəyi, 10-dək nisbətən mülayim keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az