24 iyun seçkilərində 10 partiya mübarizə aparacaq

24 iyun seçkilərində 10 partiya mübarizə aparacaq
  23 Aprel 2018    Oxunub:1141
Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində 10 siyasi partiya mübarizə aparacaq.
Türkiyənin Ali Seçki Təşkilatının yaydığı məlumata görə, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası, Xalqların Demokratik Partiyası, İYİ Partiya, Millətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası və Vətən Partiyasının seçkidə iştirak etmək hüququ rəsmən təsdiqlənib.

Yeni seçki qanununa görə, prezidentliyə namizəd olacaq şəxslər deputat mandatı uğrunda mübarizə apara bilməzlər.

AzVision.az


Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti