Erməni məşhurlardan etiraz: Fəxri adlardan imtina edirlər

Erməni məşhurlardan etiraz: Fəxri adlardan imtina edirlər
  23 Aprel 2018    Oxunub:1882
Ermənistanda incəsənət xadimləri onlara dövlət tərəfindən verilən fəxri adlardan imtına edirlər.

"Kadans" musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan "Ermənistanın əməkdar mədəniyyət xadimi" fəxri adından imtına etdiyini bildirib.
"Hakimiyyətin özbaşınalığı üzündən, ölkənin vətənpərvərlərinin saxlanılmasına etiraz olaraq "Ermənistanın əməkdar mədəniyyət xadimi" adını daşımağa daha özüm üçün mümkün hesab etmirəm", - deyə Babayan "Facebook" səhifəsində yazıb.

Aktyor Mkrtiç Arzumanyan da "Ermənistanın xalq artisti" fəxri adından imtına edib. O, bu barədə özünün "Instagram" səhifəsində yazıb.

Müğənni Erna Yüzbaşyan "Ermənistanın əməkdar artisti" fəxri adından imtına etdiyini açıqlayıb: "Hesab edirəm ki, ölkəmin xoşbəxtliyi və çiçəklənməsi bütün medal və mükafatlardan vacibdir".

AzVision.az


Teqlər:



Xəbər lenti