Paşinyanın harada olduğu bilinmir

Paşinyanın harada olduğu bilinmir
  23 Aprel 2018    Oxunub:1240
“Mənim addımım” təşəbbüs qrupunun rəhbəri, Milli Məclisin deputatı Nikol Paşinyan polisdən, Sevan bölməsindən naməlum istiqamətdə aparılıb. Hazırda onun harada olduğu bilinmir.

AzVision.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Rüstəm Badasyan bildirib.
“Nikol Paşinyan Sevan şöbəsində deyil. Müstəntiq qeyd edir ki, o, gün ərzində şöbədə olub, lakin hazırda burada deyil. Onun harada olması, onu kimin aparması barədə suala cavab yoxdur. Hesab edirəm ki, 1937-ci ildə insanlar daha çox qorunurdu”, - deyə Badasyan bildirib.

Qeyd edək ki, İrəvanda etiraz aksiyalarının təşkilatçısı, müxalif deputat Nikol Paşinyan ötən gün polis tərəfindən saxlanılıb. Ermənistanın baş naziri Serj Sarkisyanla Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti