İrəvanda etirazların yatırılmasına ordu cəlb oluna bilər

İrəvanda etirazların yatırılmasına ordu cəlb oluna bilər
  23 Aprel 2018    Oxunub:1292
Ermənistan ordusu ölkədə fövqəladə vəziyyət elan olunacağı təqdirdə hökumətdaxili problemlərin həllinə cəlb oluna bilər.

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.
“Mən demirəm ki, hökumətin belə bir planı var. Mən sadəcə proseduru izah edirəm. Əgər ölkədə fövqəladə rejim elan olunsa, onda konstitusiyaya əsasən ordu müəyyən funksiyalarla hökumətdaxili proseslərə cəlb oluna bilər”, - deyə nazir vurğulayıb.

O, həmçinin əlavə edib: “Hazırda buna ehtiyac yoxdur və ümid edirəm ki, gələcək də buna ehtiyac olmayacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti