Erməni zabitlər hərbi hissələrdən qaçır - Aprel döyüşçüləri də etirazlara qoşuldu (VİDEO)

Erməni zabitlər hərbi hissələrdən qaçır - Aprel döyüşçüləri də etirazlara qoşuldu (VİDEO)
  23 Aprel 2018    Oxunub:29874
Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarına 2016-cı ildə Qarabağda aprel döyüşlərində iştirak etmiş hərbçilər də qoşulub.

AzVision.az “Tert.am”-a istinadən xəbər verir ki, hərbçilər deputatlarla görüşmək istəyiblər.
Eyni zamanda onlarla əsgər və zabitlər İrəvanın mərkəzindəki hərbi hissələrdən biri özbaşına tərk edərək etiraz meydanına axın ediblər.

Ermənistanın Müdafiə Nazirliyi hərbçilərin aksiyalarda iştirakını təsdiqləyib və buna görə qınayıb. Bildirlib ki, hərbi hissələri özbaşına tərk edən onlarla hərbçi barəsində müvafiq cəza tədbirləri görüləcək.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti