“Ermənistanda baş verənləri diqqətlə izləyirik” – Kremlin sözçüsü

“Ermənistanda baş verənləri diqqətlə izləyirik” – Kremlin sözçüsü
  23 Aprel 2018    Oxunub:1807
Rəsmi Kreml Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi hesab edir.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ermənistan bizim ən yaxın tərəfdaşımızdır, əlaqələrimizin çox sıx inkişaf etdiyi ölkədir. Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Təbii ki, bizim üçün ölkə olduqca əhəmiyyətlidir. Ona görə də biz orada baş verənləri diqqətlə izləyirik”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyaları keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Kreml   Moskva   Ermənistan  





Xəbər lenti