Sarkisyan müavinini Paşinyanla danışığa göndərib

Sarkisyan müavinini Paşinyanla danışığa göndərib
  23 Aprel 2018    Oxunub:1816
Ermənistanda keçirilən etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan sərbəst buraxılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün ictimai asayişi pozmaqda ittiham olunaraq saxlanılan Paşinyan bir qədər əvvəl həbsdən çıxaraq etiraz meydanına gedib.
Etirazçı lider meydanda jurnalistlərə açıqlamasında bildirib ki, həbsdə olduğu vaxt baş nazirin müavini Karen Karapetyanla görüşüb:

"O, mənim kamerama gəlmişdi və bu gün axşam bir bu barədə danışacağıq. Təklif edirəm ki, biz bir neçə saatlıq fasilə elan edək. Hadisələrin necə cərəyan edəcəyinə baxaq".

Paşinyan onunla birlikdə saxlanılan digər deputatların da azadlığa buraxıldığını deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti