Ermənilər Sarkisyanın istefasını sevinclə qarşılayır

  23 Aprel 2018    Oxunub : 939
Ermənilər Sarkisyanın istefasını sevinclə qarşılayır
Ermənistan əhalisi Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsi xəbərini sevinclə qarşılayıb.

AzVision.az
xəbər verir ki, Sarkisyanın istefasına sevinən insanlar küçələrdə rəqs edir, mahnılar oxuyur və bir-birilərini təbrik edirlər.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bilib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Ermənistan   Rusiya   Azərbaycan