Bu xərclər üçün büdcədən vəsait ayrılacaq - SİYAHI

Bu xərclər üçün büdcədən vəsait ayrılacaq - SİYAHI
  08 Oktyabr 2013    Oxunub:1105
Dövlət büdcəsindən bəzi xərclər üçün ilk dəfə olaraq vəsait ayrılıb.
Maliyyə Nazirliyi gələn il üzrə dövlət büdcəsinin layihəsini Milli Məclisə təqdim edib. Hərbi, elm, təhsil, sosial sahələrə ayrılan xərclər artırılıb. Eyni zamanda dövlət büdcəsindən ilk dəfə olaraq, bəzi xərclər üçün vəsait ayrılıb.

Maliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ilk dəfə olaraq, 2015-cü ilin dövlət büdcəsinin “təhsil xərcləri” bölməsindən xarici ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər lövhəzi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclər üçün 2,5 mln manat vəsait nəzərdə tutulub.

Bundan əlavə, ilk dəfə olaraq, 2014-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsindən uşaqların icbari dispanserizasiyası tədbirləri üçün 5,0 mln manat nəzərdə tutulub.

Daha sonra, ilk dəfə olaraq gələn il dövlət büdcəsindən Azərbaycan Respublikasında keçiriləcək I Avropa Olimiadasının təşkili, müvafiq avadanlıqların alınması və digər zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər üçün dövlət büdcəsindən cari xərclərində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

AzVision.az



Teqlər:  





Xəbər lenti