Mərakeş qəzeti Azərbaycandan yazıb

Mərakeş qəzeti Azərbaycandan yazıb
  24 Aprel 2018    Oxunub:1204
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, ölkəmizdə keçirilmiş prezident seçkilərindən bəhs edən məqalə dərc olunub.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AzVision.az-a verilən məlumata görə, məqalədə İlham Əliyevin aprelin 11-də keçirilmiş prezident seçkilərində inamlı qələbə qazandığı oxucuların diqqətinə çatdırılır.

Yazıda Prezident İlham Əliyevin müdrik siyasəti və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm dəyişikliklərin baş verdiyi vurğulanır. İqtisadi inkişaf tempinə görə Azərbaycanın regionda lider ölkəyə çevrildiyi qeyd edilir, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin təminində əldə olunmuş nailiyyətlər, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə söhbət açılır.

AzVision.az


Teqlər: Mərakeş   Azərbaycan   Qəzet  





Xəbər lenti