Medvedyev təcili Karapetyana zəng etdi

Medvedyev təcili Karapetyana zəng etdi
  24 Aprel 2018    Oxunub:1814
Rusiyanın baş naziri Dmitri Medvedyevlə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər Ermənistan-Rusiya əlaqələrini, həmçinin Ermənistanda baş verən hadisələri müzakirə ediblər. Medvedyev erməni xalqına dəstək ifadə edib və vurğulayıb ki, ölkədəki vəziyyətin konstitusiya, hüquq çərçivəsində saxlanılması vacibdir.

Telefon danışığında, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti