Ermənistanda etirazçılardan biri Ovanisyanı qətlə yetirib

Ermənistanda etirazçılardan biri Ovanisyanı qətlə yetirib
  24 Aprel 2018    Oxunub:2237
Ermənistanın Eçməzdin şəhərində “Ekrapa” könüllü birliyinin şöbə sədrinin müavini, 46 yaşlı Nver Ovanisyana qarşı sui-qəsd törədilib.

AzVision.az “Hetq.am”-a istinadən xəbər verir ki, Ovanisyan ötən gün 18:55 radələrində döş qəfəsindən aldığı bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. O, əməliyyat zamanı ölüb.
KİV-in məlumatına görə, Ovanisyanı mitinq iştirakçılarından biri bıçaqlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Ovanisyan   Qətl  





Xəbər lenti