Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır
  24 Aprel 2018    Oxunub:1543
Sabah Ermənistanda hakimiyyət və müxalifət arasında danışıqlar aparılacaq.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Ara Babloyan bildirib.
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti