Türkiyədəki zəlzələdə 39 nəfər yaralanıb

Türkiyədəki zəlzələdə 39 nəfər yaralanıb
  24 Aprel 2018    Oxunub:996
Türkiyənin Adıyaman əyalətinin Samsat rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Əhməd Demircan deyib. Onun sözlərinə görə, zəlzələ nəticəsində yaralanan şəxslərin 35-i xəstəxanalarda müalicə alır. Nazir insan tələfatının olmadığını bildirib.

Qeyd edək ki, Türkiyənin Adıyaman şəhərində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 9,17 km dərinlikdə qeydə alınıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti