Ərdoğan ermənilərə başsağlığı verib

Ərdoğan ermənilərə başsağlığı verib
  24 Aprel 2018    Oxunub:9207
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yerləşən Erməni Apostol Kilsəsinin dini ayin iştirakçılarına məktub göndərərək 1915-ci ildə baş verən faciəvi hadisələr nəticəsində ölən ermənilərin övladları və nəvələrinə başsağlığı verib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan eyni zamanda həmin vaxtda yayılan xəstəliklər, köçlər, müharibə və döyüşlər zamanı ölən şəxslərə Allahdan rəhmət diləyib

“Biz, tarix boyunca acıları yaşadan, bir-biri ilə yarışdıran deyil, daima bölüşən millət olduq. Öz torpaqlarımızda yaşayan insanlarla yanaşı, Əndəlüsdən Afrikaya, Cənubi Asiyadan Avropaya qədər dara düşən hər kəsin yardımına qaçdıq. Bunu edərkən heç kimin inancına, dilinə, dininə, etnik və mədəni fərqliliyinə baxmadıq. Bu gün də ölkə olaraq bu mirasımızı mühafizə edərək qardaşlığı, sülhü və sabitliyi gücləndirməyə çalışırıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadığı acılara ortaq olmaq, bu acıları paylaşmaq, Türk millətinin vicdani və əxlaqi duruşunun bir gərəyidir. İnşallah, önümüzdəki dönəmdə də sizlərin acılarına ortaq olmağa, narahatlıq və problemlərinizə həll yolu tapmağa davam edəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ərdoğan   Türkiyə   Erməni  





Xəbər lenti