Özəl təhsil müəssisələrində yoxlamalar aparılmayacaq
Nazirlik bildirib ki, Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 4.3-cü bəndinə əsasən lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələblərinə və şərtlərinə uyğunluğunun yoxlanılması nəzərdə tutulur. Hazırda özəl ümumi təhsil müəssisələrində Nazirlik tərəfindən yoxlamaların aparılması nəzərdə tutulmayıb.
Eyni zamanda nazirlik qeyd edib ki, bu tədris ili ərzində akkreditasiya keçiriləcək təhsil müəssisələrinin siyahısı müəyyənləşdirilməyib.
.