Ermənistan yeni baş nazir axtarır

Ermənistan yeni baş nazir axtarır
  24 Aprel 2018    Oxunub:1521
Ermənistanın yeni baş naziri gələn ay məlum olacaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir seçkisi mayın 2-də baş tuta bilər. Hələlik seçkinin dəqiq vaxtı müəyyən edilməyib.

Məlumata görə, hökumət nümayəndələri ilə müxaliflərin görüşündə bu məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini Karen Karapetyan icra edir.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti