Türkiyə AŞPA-nın təklifinə rədd cavabı verdi
"Avropa Şurası Parlament Assambleyası öz işi ilə məşğul olsun. Seçkini onlar keçirməyəcək, Türkiyə edəcək. Belə çağırış edincə, minlərlə insanın qanına bulaşmış terrorçunu gətirib orda danışdırmasınlar. Salih Müslüm adlı qatili parlamentdə danışdırınca, nə sülhə, nə də terrorla mübarizəyə xidmət edərlər",- deyə B.Yıldırım vurğulayıb.
Qeyd edək ki, AŞPA Türkiyəni 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb. Seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı bildirilib.
AzVision.az
Teqlər: Türkiyə Binəli-Yıldırım AŞPA