Paşinyan hakimiyyətlə danışıqları dayandırdı - Aksiyalar yenidən başlayır

Paşinyan hakimiyyətlə danışıqları dayandırdı -  Aksiyalar yenidən başlayır
  25 Aprel 2018    Oxunub:4390
Ermənistanda keçirilən etiraz aksiyalarının lideri Nikol Paşinyanla ölkənin baş naziri vəzifəsini icra edən Karen Karapetyan arasında danışıqlar dayandırılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan açıqlama yayıb.
Onun sözlərinə görə, sabah saat 19:00-da "Respublika" meydanında mitinq keçiriləcək.

Qeyd edilib ki, Paşinyan hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Hakim Respublika partiyası isə onun tələbi ilə razılaşmayıb. Bu səbəbdən hakimiyyətlə etirazçılar arasında danışıqlar ləğv olunub.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Karapetyan  





Xəbər lenti