Türkiyə XİN-dən Trampın “soyqırım” bəyanatına etiraz

  25 Aprel 2018    Oxunub : 687
Türkiyə XİN-dən Trampın “soyqırım” bəyanatına etiraz
“ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasındakı səhv ifadələri və subyektiv tarixi yanaşmanı rədd edirik”
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Bildirilib ki, ABŞ hökumətindən Osmanlının bütün millətlərinin böyük ağrılar yaşadığı dövrü ədalətli yanaşma ilə dəyərləndirməsi gözlənilir.

Prezident Trampa xatırladırıq ki, eyni dövrdə erməni üsyançılar tərəfindən 500 mindən artıq müsəlman qətlə yetirilib. Türkiyə ortaq tarixi komissiya təşkil edilməsi yolu ilə bu ağrılı dövrlə bağlı həqiqətlərin ortaya çıxarılmasını təklif etməklə yanaşı, arxivlərini araşdırmaçıların istifadəsinə açıq elan edib. Bütün bunlarla yanaşı ABŞ prezidentinin mövqeyini və qondarma “soyqırım” iddialarını dilə gətirməməsini ağıllı hərəkət kimi qiymətləndiririk”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələrinin 103 illiyi ilə bağlı çıxışında "erməni soyqırımı" ifadəsini işlətməyib. ABŞ prezidenti məlum olayları "böyük fəlakət" adlandırıb.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Türkiyə   XİN   Tramp