"Problemlərin həllində danışıqlardan imtina edirlər" - Putin

"Problemlərin həllində danışıqlardan imtina edirlər" - Putin
  25 Aprel 2018    Oxunub:1217
“Hazırda dünyada və regional miqyasda təhlükəsizliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Soçi şəhərində təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu beynəlxalq görüşünün iştirakçılarına göndərdiyi məktubda qeyd olunub. Məktubu Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev oxuyub.
Məktubda vurğulanıb ki, dünya birliyinin bəzi üzvləri ümumi qanunları qəbul etmir: “BMT Təhlüksəzilik Şurasını nəzərə almadan hərbi gücdən istifadə edir, beynəlxalq problemlərin nizamlanmasında əsas açar rolu olan danışıqlardan imtina edirlər. Bu isə öz növbəsində stabil olmayan siyasi vəziyyətin yaranmasına gətirib çıxarır ki, bu da terrorçuluğun, ekstremizmin, transmillicinayətkarlığın xeyrinə olur, lokal və regional münaqişlərin yaranmasına gətirib çıxarır. Rusiyanın Soçi şəhərində təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin beynəlxalq görüşü dünyada təhlükəsizliyə təhdid edən addımların qarşısının alınması, bu istqamətdə əldə oldulan təcrübələrin həmkarlarla bölüşməsinə imkan verir”.

V.Putin qeyd edib ki. Rusiya qeyd olunan mövzuların müzakirə üçün tərəfdaşları ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Putin   Soçi  





Xəbər lenti