Ərdoğan: “Qarabağ problemini öz problemimiz bilirik”

Ərdoğan: “Qarabağ problemini öz problemimiz bilirik”
  25 Aprel 2018    Oxunub:1763
“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini öz problemimiz bilirik”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Ərdoğan qeyd edib ki, rəsmi Ankara münaqişənin nizamlanması məsələsində Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək: “Münaqişə Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmalıdır. Bu, bizim ən böyük arzumuzdur. Biz ortaq mövqeyimizi Qarabağda da, Afrində də nümayiş etdirmişik”.

Türkiyə prezidenti vurğulayıb ki, ölkəsi Azərbaycana hərbi və müdafiə sənayesi sahəsində köməyi davam etdirəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ərdoğan   Türkiyə   Qarabağ  





Xəbər lenti