Flora Kərimova deputat pensiyası tələb edib
2005-ci il parlament seçkilərində iştirak etmiş, lakin rəsmi nəticələrə əsasən qalib gəlməmiş xalq artisti əsas kimi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını göstərib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi xalq artistinin iddiasını təmin etməyib. “Həmin məhkəmələr əsas kimi Flora xanımın deputat olmadığını göstərdilər. Halbuki ortada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var” – deyə, F.Kərimovanın vəkili Fuad Ağayev Hüquq.TV-yə bildirib.
İşə oktyabrın 10-da Ali Məhkəmədə baxılacaq. (Hüquq.TV)