Rusiya Türkiyə üçün "S-400" istehsalına başlayıb

Rusiya Türkiyə üçün "S-400" istehsalına başlayıb
  25 Aprel 2018    Oxunub:1234
Rusiya Türkiyə üçün "S-400" zenit-raket sistemlərinin istehsalına başlayıb.
Bu barədə RİA Novosti-yə "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib. O, bildirib ki, Rusiya tərəfi Türkiyəyə "S-400" tədarükü ilə bağlı müqavilənin icrasına başlayıb.

"Söhbət hələ "S-400" tədarükündən getmir, hazırda zenit-raket komplekslərinin istehsalına başlanıb".

Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə nümayəndələri arasında "S-400" tədarükü üzrə kredit sazişi imzalayıb.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə   S-400  





Xəbər lenti