Sarkisyan deputatları görüşə çağırdı: "Bunu etməyə məcburam..."

Sarkisyan deputatları görüşə çağırdı: "Bunu etməyə məcburam..."
  26 Aprel 2018    Oxunub:5374
“Mən yenidən xalqa müraciət etmək məcburiyyətindəyəm. Siyasi proseslərə qarışmaq istəməsəm də, hesab edirəm ki, indi bunu etməliyəm"
AzVision.az "news.am"-a istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti, baş nazir vəzifəsindən istefa verən Serj Sarkisyan Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasına və deputatlara ünvanladığı müraciətdə deyib.

Sarkisyan deputatları görüşə dəvət edib: "Sizi görüşə dəvət edirəm ki, istefamın səbəblərini açıqlayım. Ölkənin inkişafı naminə sizə partiyamızın gələcəyi, onun yeni rəhbərliyi və islahatların zəruriliyi barədə fikirlərimi çatdırmaq istəyirəm. Sizi sülh və sabitliyi müzakirə etməyə dəvət edirəm".

AzVision.az


Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti