ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olunub

ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olunub
  26 Aprel 2018    Oxunub:1406
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Kohen bəyanatla çıxış edib.
Konqresmen ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən bu ilin aprelin 18-də Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.

Bəyanatda Azərbaycanda fəal yəhudi icmasının yaşadığı və əhalisinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, İsraillə dost münasibətləri ilə seçilən ölkə olduğu bildirilib. Azərbaycanın İsraillə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın müstəqilliyini elan edəndən dərhal sonra, 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malik olduğu diqqətə çatdırılıb.

Bəyanatda, həmçinin bu il Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüzilliyinin qeyd olunduğu vurğulanıb.

AzVision.az


Teqlər: ABŞ   Konqres  





Xəbər lenti