Ermənistan prezidenti yeni partiya yaradır

Ermənistan prezidenti yeni partiya yaradır
  26 Aprel 2018    Oxunub:1398
Ermənistan prezidenti Armen Sarkisyan özünə yeni partiya yaratmaq və sonrakı proseslərdə daha aktiv iştirak etmək niyyətindədir.

AzVision.az Ermənistanın “Jamanak” nəşrinə istinadən xəbər verir ki, o, hazırda müxtəlif ekspertlər və incəsənət xadimləri ilə danışıqlar aparır.
“Sarkisyan anlayır ki, Ermənistan prezidentinin səlahiyyətləri o qədər azdır ki, ölkədə hər hansı bir icmanın başçısı olmaq, prezident olmaqdan yaxşıdır. Seçkilərdə qazanılacaq müəyyən uğur isə ona Ermənistanın siyasi həyatında real rol oynamaq üçün əsas təşkil edəcək”, - deyə məlumatda bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Armen-Sarkisyan  





Xəbər lenti