İrəvanda yeni etirazlar, xalq tələb edir: “Paşinyan baş nazir olsun” (VİDEO)

İrəvanda yeni etirazlar, xalq tələb edir: “Paşinyan baş nazir olsun” (VİDEO)
  26 Aprel 2018    Oxunub:12088
Ermənistanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə yenidən hakimiyyət əleyhinə aksiyalar başlayıb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, etiraz aksiyası İrəvanda “Lambada” körpüsü yaxınlığında keçirilir.
Etirazçılar artıq İrəvanın bir neçə mərkəzi küçəsini bağlayıb və öz liderləri Nikol Paşinyanın ölkənin baş naziri seçilməsini tələb edirlər.



“Respublikaçı partiyasının baş nazir postuna öz namizədini irəli sürmək üçün mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, - deyə etirazçı David Sanasaryan bildirib.

Qeyd edək ki, İrəvan hava limanına gedən yol da etirazçılar tərəfindən bağlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti