Tanınmış müğənni deputat olmaq istəyir

Tanınmış müğənni deputat olmaq istəyir
  26 Aprel 2018    Oxunub:1519
Türkiyənin tanınnış müğənnisi İbrahim Tatlısəs deputat olmaq niyyətindədir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi 4-cü dəfə millət vəkili olmaq şansını sınayacaq. Belə ki, o, 24 iyun seçkilərində Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Tatlısəs bundan əvvəl 3 dəfə AKP-dən namizəd olub, lakin siyahıya daxil ola bilməyib. Sənətçi bu dəfə İzmirdən namizədliyini verəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Deputat   İbrahim-Tatlısəs  





Xəbər lenti