Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə edib

Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə edib
  26 Aprel 2018    Oxunub:2048
İrəvanda keçirilən etiraz aksiyalarının təşkilatçısı, "Mənim addımım" təşəbbüs qrupunun rəhbəri Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volinkinlə görüşüb.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan açıqlama verib. O bildirib ki, səfir İvan Volinkinlə görüşündə Rusiyanın Ermənistandakı hadisələrə müdaxilə etməyəcəyinə dair vəd verilib.

Görüş Paşinyanın təşəbbüsü ilə baş tutub. O, səfirlə görüşdə Ermənistandakı daxili-siyasi vəziyyət və Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldığını qeyd edib. Lakin Paşinyan bu barədə ətraflı məlumat verməyib.

AzVision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti