Lavrov və Nalbandyan Moskvada Qarabağı müzakirə edib

  26 Aprel 2018    Oxunub : 1012
Lavrov və Nalbandyan Moskvada Qarabağı müzakirə edib
Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyanla görüşüb. Moskvada keçirilən görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən həftəlik brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu gün Sergey Lavrovla erməni həmkarı Nalbandyan arasında qısa görüş keçirilib. Görüşdə zamanı təmas xəttindəki vəziyyət müzakirə olunub", - Zaxarova vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Nalbandyan   Lavrov