Qadınları zorlayan, 32 nəfəri öldürən manyak tutuldu

Qadınları zorlayan, 32 nəfəri öldürən manyak tutuldu
  26 Aprel 2018    Oxunub:2227
Rusiyanın Yekaterinburq şəhərində 1992-ci ildən 2014-ci ilədək 32 qətl hadisəsi törədən və qadınlara təcüvüz edən şəxs saxlanılıb.
AzVision.az-ın “Ria Novosti” yə istinadən verdiyi xəbərə görə, istintaq orqanları müəyyən edib ki, silsilə qətllər törədən 47 yaşlı şəxs şəhərin müxtəlif rayonlarında 12-yə yaxın qadına qarşı güc tətbiq etməklə onların qiymətli əşya və pullarını ələ keçirib.

Manyak qadınları zorladıqdan sonra onları qətlə yetirirmiş. Adı açıqlanmayan şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 7 maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə o, məhkəmə zalında həbs olunub.

Hazırda qatilin digər cinayətlər törətməsinə dair araşdırmalar aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Qətl  





Xəbər lenti