Putindən İrəvandakı etirazlarla bağlı daha bir zəng

Putindən İrəvandakı etirazlarla bağlı daha bir zəng
  27 Aprel 2018    Oxunub:2643
Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib.

Bildirilib ki, nizamlanma konstitusiya çərçivəsində, həmçinin 2017-ci ilin aprel ayında keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən həyata keçirilməlidir.

Bundan əlavə tərəflər yeni baş nazirinin seçilməsinə dair məsələ ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Rusiya   Putin   Karapetyan  





Xəbər lenti