ABŞ-da güclü partlayış: 20 nəfər yaralanıb

ABŞ-da güclü partlayış: 20 nəfər yaralanıb
  27 Aprel 2018    Oxunub:1401
ABŞ-ın Viskonsin ştatında yerləşən neft emalı zavodunda partlayış olub.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər yaralanıb.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Yaxınlıqda yerləşən binalardan sakinlər təxliyə edilib. Əraziyə təcili yardım briqadaları və yanğın söndürənlər cəlb olunub. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

AzVision.az



Teqlər: ABŞ   Partlayış  





Xəbər lenti