QHT sədri: `Seçki institutlarımız yetərincə formalaşıb`
Elməddin Behbudun sözlərinə görə, təbliğat-təşviqat prosesinin gedişatında Azərbaycan gəncliyinin ölkənin siyasi həyatında nə dərəcədə fəal olması bir daha özünü göstərib və sabahkı seçki günündə daha parlaq şəkildə göstərəcək. Müxalifət isə cəmiyyətin maraqlarını təmin edəcək, milli mövqeyə əsaslanan, sağlam siyasi mühitin formalaşmasına xidmət edəcək performans nümayiş etdirə bilməyib: “Bu ilki seçkilərlə bağlı bu ilin yazından Azərbaycan müxalifətinin ortaya qoyduğu münasibət isə deyərdim ki, indiyədək malik olduqları azasaylı siyasi dəstəyin də təmami ilə iflasa uğramasına gətirib çıxardı. Xalqın ayağına getmək, ondan səs istəmək əvəzinə daha çox xarici ölkələrdə dəstək arayışında olanlar heç bir zaman seçkilərdə uğur qazana bilməzlər. Bu namizədin Cəmil Həsənli və ya digər bir olmasının düşünürəm ki, elə də prinsipal fərqi yoxdur. Seçkiyə düşüncələrin, ideyaların rəqabət meydanı kimi baxmayanlar hər zaman müvəfəqiyyətsizliyə uğrayıb və bundan sonra da belə olacaq”.
Teqlər: