Baş nazir Paşinyanla görüşdən imtina etdi

Baş nazir Paşinyanla görüşdən imtina etdi
  27 Aprel 2018    Oxunub:1457
Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla danışıqlarda iştirak etməyəcək.

AzVision.az xəbər verir ki, bu barədə Karapetyanın mətbuat katibi Aram Araratyan bildirib.
Məlumatda qeyd edilib ki, növbəti görüş əvvəlkindən fərqli olmayacaq və baş nazir danışıqların perspektivini görmür.

Bildirilib ki, görüş zamanı tərəflərdən birinin diktə etməsi danışıqların səmərəsiz olmasının göstəricisidir. Eyni zamanda Karapetyan müxalifətlə görüşün KİV üçün açıq keçirilməsinə qarşı olduğunu bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Karapetyan   Paşinyan  





Xəbər lenti