"Adı seçici siyahısında olmayanlar, narahat olmasın" - SƏDR

"Adı seçici siyahısında olmayanlar, narahat olmasın" - SƏDR
  08 Oktyabr 2013    Oxunub:1178
"Qərəzli beynəlxalq qurumlar da hər hansı problemin olması barədə hesab etmirəm ki, deməyə hansısa fakt tapsınlar”.
"Mən KİV-lərin verdiyi imkanlaradan istifadə edərək Azərbaycan seçicilərini sabah səsverməyə çağırıram". AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyanın sədri Məzahir Pənahov bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Məzahir Pənahovun sözlərinə görə, seçkidə 5 milyon 145 min adam 5492 məntəqədə səs verə bilər: “219 məntəqə isə xarici ölkələrdə olan səfirliklər, konsulluqlar, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, neft paltformalarında, dəniz qüvvələrində olan insanların səsverməsi üçün yaradılıb. Bütün məntəqələrdə Azərbaycan seçilərinin səsverməsi üçün yaradılıb. Kimin adı seçici siyahısında olmasa, narahat olmağa dəyməz. Kifayətdir ki, şəxsiyyət vəsiqənizi götürüb qeydiyyatda olduğunuz ərazidə yerləşən dairəyə, məntəqəyə yaxınlaşasınız. Əgər ərazi üzrə həmin məntəqədə qeydiyyatdasınızsa , heç bir maneə olmadan seçici həmin dəqiqə əlavə seçici siyahısına daxil edilir. Seçici bülleten alıb səsvermə hüququnu yerinə yetirir. İndiyə qədər seçici siyahıları ilə bağlı hətta qərəzli beynəlxalq qurumlar da hər hansı problemin olması barədə hesab etmirəm ki, deməyə hansısa fakt tapsınlar”.

MSK sədri beynəlxalq müşahidəçilərin sayının 1280-dən çox olduğunu deyib: “100-ə yaxın beynəlxalq KİV-lərin nümayəndələri də qeydiyyatdan keçib. Ümumilikdə isə 1400-ə yaxın beynəlxalq müşahidəçi qeydə alınıb. Yerli müşadəçilərin sayı 52000-ə çatıb. Onlardan 6030-u MSK-da akreditasiyadan keçərək bütün ölkə ərazisində müşahidə apara biləcəklər.


Teqlər:





Xəbər lenti