Rusiyadan gələn qanunsuz əşyalar ələ keçib

Rusiyadan gələn qanunsuz əşyalar ələ keçib
  08 Oktyabr 2013    Oxunub:1101
Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiyadan Azərbayana gətirilən dəyənək və qandallar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı Xammədov İsmayıl Abbas oğlunun idarə etdiyi "Mersedes 0303" markalı sərnişin avtobusuna gömrük baxışı keçirilib.

Baxış zamanı ev ləvazimatları kimi bəyan olunan əşyaların arasından 5 ədəd dəyənək və 8 ədəd qandal aşkar olunaraq götürülüb.

Qeyd edək ki, müvafiq icazə olmadan bu əşyaların ölkəyə gətirilməsi qanunla qadağandır.


Teqlər:  





Xəbər lenti