Rusiyalı deputatlar təcili Ermənistana gedib - Səbəb açıqlanmır

Rusiyalı deputatlar təcili Ermənistana gedib - Səbəb açıqlanmır
  27 Aprel 2018    Oxunub:1587
Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin deputatları Ermənistana gedib.
AzVision.az xəbər verir ki, bu barədə “TASS-a Rusiya parlamentindəki mənbə bildirib. Qeyd olunub ki, hazırda komitənin sədri Leonid Kalaşnikov daxil olmaqla 9 deputat Ermənistan parlamentinin nümayəndələri ilə görüş keçirir.

Rusiyalı deputatlarla görüşdə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə komissiyasının üzvləri iştirak edirlər. Mənbə tərəflərin hansı məsələləri müzakirə etdiyi barədə məlumat verməyib: “Görüşün nəticələri barədə sonradan məlumat veriləcək”.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti