Moskvada terror törətmək istəyən İŞİD-çilər tutulub

Moskvada terror törətmək istəyən İŞİD-çilər tutulub
  27 Aprel 2018    Oxunub:1702
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva vilayətində bir sıra terror hücumları törətməyi planlaşdıran İŞİD terror qruplaşmasının dörd üzvünü saxlayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, onlar Moskvaya Novıy Urenqoy şəhərindən gəlib və təlimatları "Telegram" mesenceri vasitəsilə Suriya ərazisindən alırlarmış.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmçinin Novıy Urenqoy şəhərində xüsusi əməliyyat keçirilib. Nəticədə 20 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Rusiya   İŞİD  



Xəbər lenti