"Türkiyə seçkidən sonra daha güclü olacaq" - Ərdoğan

"Türkiyə seçkidən sonra daha güclü olacaq" - Ərdoğan
  27 Aprel 2018    Oxunub:1392
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, 24 iyun tarixində keçiriləcək növbədənkənar parlament və prezident seçkiləri xalqın tələbidir.
AzVision.az xəbər verir ki, bu barədə Ərdoğan çıxışında deyib. Türkiyə lideri bildirib ki, onun üçün xalqın maraqları daha vacibdir və seçkilərdən sonra ölkəsi daha da güclü olacaq.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərdə 11 siyasi partiya iştirak edəcək.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Seçki  



Xəbər lenti