Azərbaycan CİA-nın siyahısında lider oldu

  08 Oktyabr 2013    Oxunub : 371
Azərbaycan CİA-nın siyahısında lider oldu
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ) hesab edir ki, Azərbaycan əhalisnin savadlılıq göstəricisinə görə, dünayada lider ölkələrdən biridir.
MKİ dünya ölkələrinin savadlılıq göstəricilərinə görə yeni siyahısnı dərc edib. Bu reytinqdə dünya ölkələri 15 yaşdan yuxarı vətəndaşları arasında oxumaq və yazmaq bacarığına görə sıralanır. İdarənin son reytinqdə 233 ölkə yer alıb. Sevindirici haldır ki, postsovet ölkələri arasında əhalisinin savadlılığına görə liderlik Azərbaycana məxsudur. 99.8 % göstərici ilə ölkəmiz digər postsovet ölkələrini geridə qoyaraq Latviya və Estoniya ilə eyni sırada qəralaşıb.

Növbəti pillədə 99, 7 % səslə Rusiya, Litva Ukrayana, Qazaxstan və Gürcüstan qərarlaşıb. Kişilərin savadlılıq səviyyəsinə görə də Azərbaycan siyahıda liderdir(99.9%).

Qadınların savadlılıq səviyyəsinə gəlincə isə ölkəmiz yalnız Estoniya və Latviyadan geri qalır. Və 99,7% lik göstərici ilə Litva, Qazaxıstan , Ukrayna və Gürcüstanla bir sırada dayanıb. Postsovet ölkələri arsında ən pis nəticə Moldovaya məxsusdur. Əhslinin ümumi savadlılıq göstəricisi 99% -dir. Azərbaycan isə qonşu Rusiya (99,7%), Ermənistan (99,6%), Gürcüstan (99,7%), Türkiyə (94,1% ) və İranla( 85%) sözsüz liderdir.

Qeyd edək ki, reytinqdə ən aşağı göstərici Əfqanısatan, Burkina Faso, Nigeriya və Malidə qeydə alınıb. Siyahıda 100% -lik nəticəni isə Andora, Qrelandiya, Lixtenşteyn, Lüksemburq, Finlandiya və Norveç göstərib.

Şahanə RƏHİMLİ

Teqlər: