Zəvvarlarmız üçün yaradılan məntəqədə hazırlıq işləri başa çatıb
Artıq seçki bülletenləri və seçki qutusu məntəqəyə çatdırılıb, məntəqə səsvermə üçün tam hazır vəziyyətə gətirib. Seçki prosesinə Mərkəzi Seçki Komissiyasının Məkkədə olan səlahiyyətli nümayəndəsi Ramin Nurəliyev nəzarət edir.
Qeyd edək ki, ziyarətin təşkilatçısı olan QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti də Məkkədədir və seçkilərin keçirilməsi ilə bağlı işlərin təşkilinə yardım edir. Şeyx özü də sabah Məkkədə səs verəcək.
Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb.(apa)
Teqlər: