Paytaxtda böyük tıxac yaranıb

Paytaxtda böyük tıxac yaranıb
  05 Mart 2013    Oxunub:1553
İşıqforun işləməməsi Bakının mərkəzi küçə və prospektlərində böyük tıxac yaradıb.
Bu gün səhər saat 09:00-dan etibarən Babək prospekti və Heydər Əliyev prospektinin kəsişməsində, Heydər Əliyev prospektində (“Şəfa” stadionun qarşısı), Afiyəddin Cəlilov və Yusif Səfərov küçəsinin kəsişməsində, Yusif Səfərov küçəsində, Tiflis prospektində, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Koroğlu Rəhimov, Təbriz , Fətəli xan Xoyski küçələrində, “Nərimanov” metro stansiyasından “Gənclik” metro stansiyası istiqamətində böyük tıxac əmələ gəlib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzVision.az-a verdiyi məlumata görə, tıxacların yaranmasına səbəb H. Əliyev prospektində “Şəfa” stadionun qarşısında təmir işləri və Koroğlu Rəhimov küçəsi ilə Fətəli xan Xoyski küçələrində işıqforun işləməməsidir.

Vaqif Əsədov qeyd edib ki, tıxacların yaranmasına sürücülərin işıqforla tənzimlənən yolayrıcılarını düzgün keçməməsi də səbəb olub. Onun sözlərinə görə, yolayrıcını düzgün keçməyən sürücülər kameralar vasitəsilə aşkar olunaraq barələrində cəza tədbirləri görüləcək. Həmçinin, onlar haqqında fotomaterial hazırlanıb təqdim ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti