Abdulla Gül seçki ilə bağlı son qərarını açıqladı

Abdulla Gül seçki ilə bağlı son qərarını açıqladı
  28 Aprel 2018    Oxunub:1850
Türkiyənin sabiq prezidenti Abdulla Gül 24 iyunda keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd olub-olmayacağı haqda suallara aydınlıq gətirib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, keçmiş prezident seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

"Namizədliyimlə bağlı məsələ artıq müzakirə mövzusu deyil"- deyə Gül vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərdə 11 siyasi partiya iştirak edəcək.

AzVision.az


Teqlər: Türkiyə   Seçki   Abdullah-Gül  





Xəbər lenti