Seçki günü qaynar xətt olacaq

Seçki günü qaynar xətt olacaq
  09 Oktyabr 2013    Oxunub:917
Azərbaycan Mətbuat Şurası seçki günü monitorinq aparacaq.
Oktyabrın 9-da prezident seçkisi ilə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurasında (MŞ) "qaynar xətt" fəaliyyət göstərəcək.

AzVsison.az xəbər verir ki, şuradan verilən məlumata görə, səsverməyə start verildiyi andan MŞ-nin (012) 441 35 96 və (055) 201 99 26 telefon nömrələri "qaynar xətt" rejimində fəaliyyət göstərəcək. Məqsəd seçki prosesini işıqlandıracaq jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə dəstək olmaq, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasını təmin etməkdir.

Bundan başqa, MŞ-nin İdarə Heyətinin üzvləri oktyabrın 9-da ölkənin müxtəlif bölgələrində müşahidələr aparacaq, medianın prosesi işıqlandırması ilə bağlı vəziyyəti izləyəcəklər. Şuranın monitorinq qrupu da bu istiqamətdə müvafiq iş aparacaq.


Teqlər:





Xəbər lenti