İran seçki hazırlığından razıdır

İran seçki hazırlığından razıdır
  09 Oktyabr 2013    Oxunub:954
Əhəd Qəzai: Azərbaycan prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb.
İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Əhəd Qəzai İran tərəfdən Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdədir.

AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Ə.Qəzai bildirib ki, ölkədə seçkiöncəsi ab-hava müsbətdir: "2000-ci ildən etibarən Azərbaycanda keçirilən həm parlament, həm də prezident seçkilərində həm səfir, həm də müşahidəçi kimi iştirak etmişəm".

Azərbaycanda seçkidən-seçkiyə hər dəfə yeniliklər müşahidə etdiyini deyən həmsədr insanların rahat şəkildə səs verməsi üçün hər cür şərait yaradıldığını, inkişaf gördüyünü qeyd edib: "Budəfəki seçkilərə hazırlıq prosesini İrandan da izləyirdim, bu gün Bakıda oldum, seçkilərə yüksək hazırlıq var və ümid edirik ki, Azərbaycan xalqı seçkilərdə aktiv şəkildə iştirak edərək".


Teqlər:  





Xəbər lenti