Yeni yüz dollar dövrüyədə - FOTO, VİDEO

Yeni yüz dollar dövrüyədə - FOTO, VİDEO
  09 Oktyabr 2013    Oxunub:15949
Yeni yüz dollarlıq əskinaz dövriyyəyə buraxıldı.
ABŞ-ın Federal Ehtiyat Sistemi bu gün yeni yüz dollarlıq əskinazları dövriyyəyə buraxıb. AzVsison.az xarici mətbuata istinadən xəbər verir ki, yeni əskinaz əvvəlkindən daha böyük müdafiə qabiliyyətinin olmasına görə fərqlənir. Belə ki, yeni əskinazlarda 3D formatında mavi lent yerləşdirilib. Həmin lent əskinazla birlikdə çap olunmayacaq, sonradan ona yapışdırılacaq. Kağız fırladılan zaman həmin lentin mavi rəngi yaşıl rənglə əvəzlənəcək. Bundan əlavə, 100 rəqəmi əskinazın üzərində daha böyük təsvir olunacaq.

Qeyd edək ki, 100 dollarlıq əskinaz dünyada ən çox saxtalaşdırılan əskinaz sayılır. Yüz dollar bütün dünyada ən məşhur banknot olsa da, ABŞ-ın özündə çox nadir hallarda istifadə edilir. Buna səbəb kiçik alış-verişlər və xidmətlər üçün həddindən artıq böyük nominallı olmasıdır. Bundan başqa, ABŞ əhalisinin çoxu böyük xərclər üçün də kredit kartlarından istifadə edir.

Yeni yüz dollarlıq əskinazların foto və videosun sizə təqdim edirik.

Qalereya




Teqlər:





Xəbər lenti